Diktator ruhlu Əli Kərimlinin

AXCP-də yaradılan avtoritar idarəetmə AXCP-ni labüd məhvə sürükləyir
Əbülfəz Elçibəyin vəfatından sonra AXCP adına və AXCP sədrliyi postuna sahiblənmiş Əli Kərimli ötən müddət ərzində həm özünü, həm də minlərin cəm olduğu böyük bir siyasi təşkilatı məhv etdi. Əli Kərimli hazırda bir neçə on nəfərin qrup lideri halına gəlib ki, həmin onlarla şəxs də mütəmadi olaraq dəyişir. Bütün siyasi fəlsəfəsi xəyanət üzərində qurulmuş Əli Kərimli Azərbaycan siyasətində həm də ən çox xəyanətə uğrayan uğursuz siyasətçilərdəndir. Bu bəlkə də AXCP sədrinə taleyin ironiyasıdır. Bəs bunun səbəbləri nədir? Nədən Əli Kərimlinin ətrafı zaman-zaman onu tərk edir, təkrarlanan bu prosesin izahı nədir?
Sonuncu belə səs-küylü tərketmə olayı isə AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin partiyadan çıxarılmasından sonra yaşandı. Bunun ardınca isə Əli Kərimlinin yaratdığı anti-demokratik vəziyyətə etiraz edərək, AXCP-dən gedən narazı cəbhəçilərin AXCP Etimad Qurultayı Təşkilat Komitəsini elan etmələri qarşı tərəfin sərt təpkisi ilə qarşılandı. Çünki, narazı cəbhəçilərin AXCP adına iddia etmələri Əli Kərimlini partiyasız qoya bilərdi. Qeyd edək ki, qurultaydan sonra cəbhəçilər təmsilçiliyin onlara verilməsi üçün Ədliyyə Nazirliyinə də müraciət edib.
Tərəflər arasında gərgin situasiyanın hökm sürdüyü bir vaxt, cəmiyyət nümayəndələrini və Əli Kərimli cəbhəsində olanları düşündürən əsas məsələ, narazı cəbhəçilərin niyə bu addıma getmələri ilə bağlıdır. Avtoritar AXCP-nin təsisçisi cəmiyyət nümayəndələrinin yekdil fikri Əli Kərimlinin demokratik prinsipləri ən kiçik zərrəciklərə qədər dağıdan qəddar diktator ruhlu adam olması üzərində cəmlənibsə, bəs o nəyi başa düşmür? Niyə, 15 ilə yaxındır AXCP-də işğal etdiyi kürsünü heç kəsə güzəştə getmir, inad edir? Bəllidir ki, Elçibəydən sonra bu adam avtoritar bir AXCP-nin təsisçisidir. 2001-ci ildən bu yana partiya daxilində yaratdığı anti-demokratik ab-havaya və tənqidlərə ən iyrənc formada reaksiyalarına görə, üzərinə gedildikcə bu Əli Kərimlini yumşaltmadı, əksinə iç üzünü, xarici siması etdi. Mövcud olduğu dairədəki əsas dəstəkçilərinin də zombi stereotipinə çevrilməsində də Əli Kərimlinin payı böyükdür. Bütün dəyərləri tikə-tikə edən bu zombi yığnağı şəxsi həyatında belə, düşüncəsi kilidlidir. Həmin cəbhəçilər bu mənada hər gecə evə gələn və ev sakinlərinə zor tətbiq edən atanı yatırmağa çalışan ev sakinlərinə oxşayırlar. Əslində "böyük ata" qorxu içərisindədir. Çünki, "öz evi"nin xaricində o heç kimdir. Yəni, daxildə şantaj və qorxu altında özü üçün formalaşdırdığı "sevgi" kənarda yoxdur.
Beləliklə, Əli Kərimli "evin içi"ndəki nüfuzunu genişləndirmək üçün şantaj edir, qorxudur və sahib olduğu kürsünü bir gün itirəcəyi qorxusu onu güzəştə getməyən vampirə çevirir. O, özünü də dörd əllə yapışdığı qeyri-etik üsullardan asılı vəziyyətə salıb. Beyin yarımkürələrinə öz ambisiyasını yerləşdirmiş zehin dünyası Əli Kərimli öz qorxularından özünü müdafiə üçün istifadə edir. Yəni, daxilindəki qorxu onun əsas silahıdır. Partiyadakı nüfuzunu və tutduğu postu itirmək qorxusundan qaçmaq istəsə də, narsist (özünəvurğunluq) xarakteri həmin qorxularını öz təqibçisinə çevirir. Çünki, o, partiyanı əldən verməklə sahib olduğu bütün maddi imkanlarının üzərindən xətt çəkə bilər. Əli Kərimli bu nöqteyi-nəzərdən AXCP-yə pul çap edən makina kimi baxıb və bu yolla kənarda maddi təhlükəsizliyinin təmini üçün faiz lobbisi yarada bilib. Buna görə, o, həmişə kənardan ən sərt formada tənqid olunub. Lakin, heç vaxt səhvi içində yox, çöldə axtarıb.
Əli Kərimliyə görə, çöl tərəf bütün hallarda "səhv"dir. Yəni, Əli Kərimli beyin yarımkürələrinə yalnız öz ambisiyasını yerləşdirmiş zehin dünyasıdır. Qorxu və təhdid dolu iç dünyası həqiqətləri obyektiv qiymətləndirməsinə icazə vermir. Beynindəki bütün həqiqətlərin hamısı yalandır. O, bütün həqiqətlərin içərisinə özünün əyri gerçəklərini soxub. Nəticədə öz danışdığına yalnız özü inanır. Həmişə də özünü müdafiə üçün bu əyri gerçəklərə müraciət edir. Çünki, bundan başqa müdafiəçisi yoxdur. Buna görə də, qarşısındakıların düşüncə və istəklərini qəti şəkildə rədd edir. Əli Kərimli üçün başqaları yoxdur, yalnız özü var. Nəticədə başqalarının tələb və istəklərini özünə qarşı yönəlmiş təhdid kimi qəbul edir.
Əli Kərimlinin narsist ruhu həmişə ətrafını alçaldır, təhqir edir. Bu, xisləti onu həqiqətləri görmək qabiliyyətindən məhrum, kor edir. Ona görə də, həmişə ətrafına şəxsini təsdiq edən adamları toplayır. Əli Kərimli elə bir düşüncə sahibdir ki, sanki hər kəs ona xidmət edən qul olmalıdır. Nasist Almaniyasının "Almanlar fürerə xidmət etmək üçün var" şüarı kimi. Yəni, Əli Kərimlini göylərə qaldıran ambision ruhu onun ağlını başından alıb. Nəticədə özünü əsas obraz olmadığı parlaq keçmiş və gələcəyə bağlayır. Lakin, təhtəlşüurunda olan "mütləq güc" anlayışı onu qaldırdığı göylərdə əzir. Amma təəssüflər olsun ki, Əli Kərimli hələ də bunları başa düşmür. AXCP-də yaradılan bu avtoritar idarəetmə isə AXCP-ni labüd məhvə sürükləyir.
Orxan Həsənli