"Bu şəhərdə" komandasının beş günlük konserti başa çatıb.

Unikal.org-un məlumatına görə, komandanın ssenaristi Müşfiq Abbasov konsertləri ilə bağlı fikrini  sosial şəbəkədə paylaşıb.

"Mart konsertimizdə bileti pulnan alıb və ya dəvətnamə ilə gələn tamaşaçılarımız var olsun. Amma yalvara-yalvara, alçala-alçala, xahişlə dəvətnamə alıb, sonra onu bayırda ucuz qiymətə satmaq istəyən alçaq, şərəfsiz, ləyaqətsizlərə yazıram: siz alçaq, şərəfsiz və ləyaqətsizsiniz.

Ön sıralarda dəvətnamə ilə gəlib əyləşən, konsertin axırına qədər yerindən durmadan, telefonla danışmadan, pərdə bağlanana qədər oturan, konsert bitdikdən sonra bizə təbrik və təriflə birlikdə nöqsanımızı deyən şou-biznes əhlinə, dostlarımıza təşəkkür edirik. Biz hər şeyi görüb və yadımızda saxlayırıq".

Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorları əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovdur.