Bakıda 17 yaşlı qız itkin düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə dünən paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ə. İ. Cəfərovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis onun tapılması istiqamətində axtarışlarını davam etdirir.