Bakıda səfirlik avtomobili qəzaya düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. 

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinə məxsus "Hyundai Santafe markalı avtomobil Bakı şəhər sakini Sadiq Quliyevin idarə etdiyi "Opel markalı avtomobillə toqquşub. Nəticədə ölən və xəsarət alan olmayıb.