Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

Unikal.org APA-ya istinadən xəbər verirki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail Rayon Polis İdarəsinə məxsus "Fiat Doblo" markalı avtomobil "Porsche" markalı maşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntüləriniOrxan Məmmədli dlı Facebook istifadəçisi öz səhifəsində paylaşıb.