Bu gün Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı adlı sessiya keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, mütəxəssislərin və alimlərin də qatıldığı sessiyada neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.