"Siz nə üçün Xocalı soyqırımından danışmadınız? O soyqırımda azərbaycanı yaşlılar, uşaqlar məhv ediliblər. Nə üçün Qarabağda etdiyiniz etnik təmizləmə siyəsətiniz barədə heç nə demirsiniz?" - Səməd Seyidov deyib.

Unikal.org xəbər verir ki, bunu Avropa Şurası Parlament Assamleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiya çərçivəsində Ermənistan prezident Serj Sarqsyana sual verərkən deyib.

"Siz beynəlxalq təşkilatların qərarlarına riayət etmirsiniz. İstər bu təşkilat, istərsə də BMT-nin qətnamələri olsun", - deyə, S.Seyidov vurğulayıb.