Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsrail baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

Unikal.org-un məlumatına görə, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.