"Hazırda Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus "Vostok balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır".

Unikal.org xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirib, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Rusiyanın Primorsk diyarında 21 heyət üzvünün olduğu balıqçı gəmisi yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da olub.

Hazırda axtarışlar davam etdirilir.