ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli həlli uzadılmış münaqişələri 2018-ci ildə təşkilatın fəaliyyətinin əsas prioritetlərindən biri adlandırıb.

Unikal.org xəbər verir ki, G.Tsereteli Vyanada ATƏT PA-nın 2018-ci il üçün proqramını təqdim edib.

O, bu il təşkilatın əsas prioritetləri qismində terrorizmlə mübarizə, miqrasiya məsələləri, Ukrayna böhranının həlli və ATƏT ölkələrində həlli uzadılmış münaqişələri göstərib.

ATƏT PA-nın prezidenti çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin gedişini müzakirə etmək üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırdığını bildirib.

Məlumata görə, G.Tsereteli həmçinin İtaliyanın ATƏT sədri kimi səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib.