Bu gün Bakı metrosunun "Qara Qarayev" stansiyasında ölən şəxsin kimliyi məlum olub.
 
Lent.az-ın məlumatına görə, stansiyanın platformasında qəfil yıxılaraq vəfat edən şəxsin 1947-ci il təvəllüdlü, Bakı sakini, həkim, Həsənov Emin Hüseynağa oğlu olması müəyyən edilib. İlkin ehtimala görə o, ürək tutmasından vəfat edib.
 
 
*****
 
 
10:05
 
 
Bakı metrosunda ölüm hadisəsi baş verib.
 
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib. 
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib: "Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o dünyasını dəyişib. Hazırda araşdırma aparılır".