2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan pilotlarımızın üçü də təltif edilib.

Unikal.org xəbər verir ki, AzVision.az-ın əldə etdiyi məlumata görə, şəhid pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Əbubəkir İsmayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeninə layiq görülüblər.