Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Hüseyn Sərdarpur Sərxaranın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.S.Sərxaran Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, göndərmə) maddəsi ilə ittiham olunub. O, İrandan Azərbaycana narkotik keçirərkən həbs olunub.(Trend)