Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.
"Ford" markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.