Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində Şəhər şosesində "Mercedes" markalı, 90 HA 846 dövlət qeydiyyat nişanlı avtomobil 20-25 yaşlı qızı vurub öldürüb. Araşdırma nəticəsində ölən qızın 1993-cü il təvəllüdlü Tahirova Tahirə Kamil qızı olması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.