Bu gün Səbael rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın həbs müddətinin uzadılması ilə bağlı prokurorluğun təqdimatına baxılıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, məhkəmə həbs qətimkan tədbirinin 3 ay artırılması barədə qərar qəbul edib. 
 
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.