Tanınmış jurnalist Araz Zeynalov vəfat edib.

"Unikal" xəbər verir ki, jurnalist uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. 

O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.

Qeyd edək ki, A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.