Hazırda kənddən təxliyyə işləri aparılır. Köçən sakinlərə ev və s. heç nə verilməyib. Dövlətin hər adam üçün verəcəyi 40 min dram (təxminən 16 min manat) icarə əsasında veriləcək.

"Unikal" xəbər verir ki, bunu Zabux kəndinin başçısı Andranik Çavuşyan deyib. 

"Kəndin 200-dən çox sakini - 54 ailə var. 54 ailədən yalnız 7-si Artsaxda (Xankəndi - red.) qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək", - Çavuşyan bildirib. 

O, qeyd edib ki, Qarabağda yaşamaq istəyən 7 ailə üçün də ev nəzərdə tutulmayıb: "Onlar müvəqqəti olaraq qonaqxanalarda yaşayacaqlar. Mən özün də Stepanakertə köçəcəm".

Ağarza Elçinoğlu