Aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Fərqanə Quliyeva vəfat edib.

"Unikal" xəbər verir ki, bu haqda ittifaqdan məlumat yayılıb.

Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. 

Allah rəhmət eləsin!