"Selinin anası" adı ilə tanınan bloger Səbinə Zeynalzadə həyat yoldaşı Saminin ona xəyanət etdiyini iddia edib.

"Unikal" xəbər verir ki, bloger hətta bir neçə gün əvvəl həyat yoldaşının sevgilisi tərəfindən döyüldüyünü bildirib. Belə ki, o,  bununla bağlı sosial şəbəkədə hesabından bədənindəki yara izlərinin görüntülərini paylaşıb. 

"Evimin zirzəmisində Lalə Bağıyeva adında bir şəxs tapmışam. Evimi əxlaqsızlıq yuvasına çevirməyinə baxmayaraq, özünü haqlı çıxarıb üstümə hücum etdi. Bütün bunlar azyaşlı qızımın gözü qarşısında olub",- deyə, paylaşım edən bloger polisə müraciət ünvanlayıb. 

S.Zeynalzadə Lalə Bağıyevanın tanınmış voleybolçu olduğunu bildirib.