UNAM-da çıxış edən Dani Alveş Kriştiano Ronaldo barədə etiraf edib.

"Unikal" "Marca"ya istinadən xəbər verir ki, 39 yaşlı braziliyalı Kriştiano Ronaldonu sevdiyini və ona hörmətinin böyük olduğunu açıqlayıb:

"Artıq "Barselona"da oynamadığım üçün deyə bilərəm ki, Kriştiano Ronaldonu sevirəm. Həmişə elə görünürdü ki, bu haqda danışmaq olmaz. Lakin indi rahat şəkildə deyə bilərəm. Ona hörmətim böyükdür. Qarşılaşdığım ən çətin rəqib olub. Bir saniyə nəfəs almağınıza imkan vermir".

Qeyd edək ki, Alveş 2008-2016, 2021-2022 illərdə Kataloniya təmsilçisinin formasını geyinib.