"Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dəyişikliklərdən sonra istədiyimiz alındı".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan yığmasının baş mşqçisi Canni De Byazi Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

İtaliyalı mütəxəssis turnirin startından öncə qrup 2-ciliyi haqqında düşündüklərini bildirib: "Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz 1-ci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq".