Rusiya Federasiyasının İstintaq Komitəsi İjevskdə orta məktəbdə 13 nəfəri öldürərək intihar edən cinayətkarın kadrlarını nümayiş etdirib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki,  Rusiya İstintaq Komitəsinin 10 saniyəlik qısa videoçarxında məktəbdəki atışmadan sonra intihar edən silahlının meyiti əks olunub.

Şəxsiyyəti hələlik açıqlanmayan cinayətkarın tamamilə qara geyindiyi və köynəyində qırmızı nasist svastikasının olduğu məlum olub.