Paytaxtın Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə dünən gecə saatlarında Hövsan qəsəbəsində baş verib.  Belə ki, 1984-cü il təvəllüdlü Qədəşov Əfqan Novruz oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Gözündən bıçaq zərbəsi alan Ə. Qədəşov hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu