Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sabah Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

"Unikal" apa-ya istinadən xəbər verir ki, Kərim Vəliyev səfər çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirəcək. Məlumata görə, səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.