Goranboyda minik maşını ağaca çırpılıb, xəsarət alanlar var.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Veysli kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca dəyərək daha sonra aşıb. Qəza zamanı 1991-ci il təvəllüdlü Namiq İsgəndərov və 2004-cü il təvəllüdlü Kəmalə Qarayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov