İranın sabiq prezidenti Mahmud Əhmədinejad çıxış edib.

"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

M.Əhmədinejad qeyd edib ki, bütün insanlardan soruşun ki, hökuməti sizi məhdudlaşdırmaq, yoxsa azadlığınızı təmin etmək üçün seçmisiniz?:

“Görün insanlar nə deyir?

Dünyanın heç bir yerində səs verənlərin beynində bircə fikir yoxdur ki, bu adam gəlib bizi məhdudlaşdıracaq!

Elə bu gün İran xalqından soruşun- hicab yaxşıdır yoxsa pisdir? Əksəriyyəti deyəcək ki, hicab yaxşıdır, iranlılar neçə min ildir hicablıdır.

2-ci sualı verin ki, siz məcburi hicabla razısınızmı? 95%-i yox cavabı verəcək.

Hətta namazı da məcbur etsən, insanların ruhuna əzab vermiş olar”.