Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salmanı baş nazir vəzifəsinə təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə fərman imzalanıb. 

Sənəddə deyilir: “Kralın fərmanı ilə vəliəhd şahzadə Məhəmməd bin Salman baş nazir vəzifəsinə təyin edilib və o, kabinet iclaslarını keçirmək səlahiyyətinə malikdir.

Eyni fərmanla Səudiyyə monarxı digər oğlu, vəliəhdin kiçik qardaşı Xalid bin Salmanı müdafiə naziri təyin edib.

Gültəkin Ələsgər