"Çelsi" klubunun sabiq futbolçusu Con Obi Mikel karyerasını bitirib.

"Unikal" xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bütün yaxşı şeylərin sonu var. Peşəkar karyeram bu gün başa çatır. 20 illik fəaliyyətimdə əldə etdiklərimdən çox razıyam” - məşhur futbolçu bildirib.

Qeyd edək ki, Nigeriya millisinin sabiq üzvü 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. O, "Midlsbro" "Stok Siti", "Trabzonspor"da da oynayıb.