Rusiya prezidentinin qismən səfərbərlik elan etməsindən sonra rus kişiləri arasında panika artıb. Məlum olub ki, cəbhəyə getmək istəməyən və təyin olunan təyyarələrdə yer tapa bilməyən ruslar çox fərqli üsulla xarici ölkələrə qaçıblar.

"Unikal" ın məlumatına görə, Türkiyə, Azərbaycan və Ermənistan kimi Rusiya vətəndaşlarından viza tələb olunmayan ölkələrə qaçmaq üçün şəxsi avtomobilləri ilə həm hava limanlarına, həm də quru sərhədlərinə hücum edən Rusiya vətəndaşları, imkan daxilində həddindən artıq yüksək qiymətə şəxsi təyyarələr kirayələyərək ölkədən qaçıblar. 

Britaniyanın “The Guardian” qəzeti bəzi Rusiya vətəndaşlarının şəxsi təyyarələr kirayələdiyini yazıb.  Qəzetə danışan rəsmilər bildiriblər ki, Rusiya vətəndaşları əsgərliyə getməmək üçün 27 min dollar qurban veriblər. Şəxsi təyyarə kirayə verən şirkətlərə tələbatın böyük olduğunu qeyd edən səlahiyyətlilər, şəxsi təyyarədə bir nəfərin oturacağının qiymətinin 21 min 500 ilə 27 min dollar arasında olduğunu da vurğuladılar. “The Guardian” qəzetində ən çox üstünlük verilən istiqamətlər Türkiyə, Ermənistan və Azərbaycan kimi göstərilib.

"Your Charter" şirkətinin direktoru Yevgeni Bikov əvvəl gündə 50 müraciət olurdusa, indi isə gündə 5000 müraciət olduğunu bildirib. "Hazırda baş verənlər dəlilikdir" deyə o, qeyd edib.

“FlightWay” aviasiya şirkətinin baş direktoru Eduard Simonov da Britaniya mətbuatına danışaraq tələbin 50 dəfə artdığını bildirib. "Avropanın bütün özəl təyyarə şirkətləri ölkəni tərk etdikdən sonra tələb artdı və qiymətlər 6 ay əvvələ nisbətən ən yüksək həddə çatdı" -deyə şirkət rəhbəri bildirib. 

Gültəkin Ələsgər