Medianın İnkişafı Agentliyi ASAN Radio ilə birgə media savadlılığının artırılması məqsədilə “Smart media” rubrikasına başlayır. 

"Unikal" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb. 

Bildirilib ki, qlobal informasiya mühitinin əsas anlayışlarından olan media savadlılığı ilə bağlı məlumatlılığın artırılması üçün bu gündən etibarən həm ASAN Radionun dalğasında səsləndirilən çarxlar, həm də Agentliyin sosial media hesablarında paylaşılan postlar vasitəsilə mövzu ilə əlaqədar əsas suallar cavablandırılacaq.