Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, V.Əliyev buna qədər Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.

Bundan öncə isə o, AZƏRTAC-ın siyasət şöbəsində işləyib.

Qeyd edək ki, AZƏRTAC-ın sabiq İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad edilib.

Anar Kəlbiyev