Alban əsilli britaniyalı müğənni Dua Lipa Albaniyanın vətəndaşlığını qəbul edib.

"Unikal" xəbər verir  ki, Dua Lipa Albaniyanın müstəqilliyinin 110-cu ildönümündə vətəndaşlıq andı içib. Albaniya Prezidenti Bayram Beqac musiqisi ilə albanların şöhrətinin beynəlxalq aləmdə yayılmasındakı roluna görə ona vətəndaşlıq verildiyini açıqlayıb.

"Dua Lipaya vətəndaşlıq vermək şərəfdir, çünki bu, albanların beynəlxalq səviyyədə tanınmasını təmin edir", - deyə  prezident  bildirib.