Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub. 

"Unikal" xəbər verir ki, amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb. 

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.