Türkiyəli məşhur müğənni, aktrisa Defne Samyeli yenidən ekranlara qayıdır. 

"Unikal" xəbər verir ki, "Yalı Çapkını" və "Ömer" seriallarından gələn təklifləri rədd edən Defne Samyeli ATV ekranlarında yayımlanan "Aldatmak"ın heyətinə qatılıb.

Qeyd edək ki,  aktrisa sonuncu  dəfə "Sol Yanım" serialında rol alıb.