Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması zamanı şəhid olan zabitlərimizdən biri də Cavid Bayramlıdır.

"Unikal"ın əməkdaşları şəhid kapitanın ailəsinə baş çəkiblər. Cavidin atası, anası və həyat yoldaşı onunla bağlı xatirələrini bölüşüblər. Qızı Mira Bayramlı bizimlə söhbətində atası üçün darıxdığını bildirib.

Qeyd edək ki, C.Bayramlı 44 günlük Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin sərəncamları ilə "Zəngilanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Müxbir: Anar Kəlbiyev

Video: Ayxan Məlikov