"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində ekspertlər arasında dava düşüb.

"Unikal" xəbər verir ki, mübahisə vəkil Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında olub. Canlı yayım zamanı Vəziroğlu ayağa qalxaraq verilişin aparıcısı Lalə Azərtaşa "Bura söz meydanıdır, yoxsa at meydanıdır" deyə sual ünvanlayıb. O, isə "Bura söz, haqq medanıdır" cavabını verib.

Daha sonra A.Vəziroğlu üstünü göstərərək "Bunu kim edib, özünü vəkil hesab edən qadın. Niyə etmisən" sualını verərək gözlənilmədən Ş.Nağıyevanın üzərinə su atıb.