1990-2021-ci illər arasında ABŞ-da odlu silahdan açılan atəş nəticəsində 1,1 milyondan çox insan həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə "JAMA Network Open" jurnalında dərc olunan tədqiqat məlumatında qeyd olunub.

Əhalinin hər 100 min nəfərinə düşən silahlı qətl sayı 2004-cü ilə qədər azalıb, sonra isə davamlı olaraq artmağa başlayıb və 2004-cü ildən 2021-ci ilə qədər ümumi ölümlərin 45,5%-ni təşkil edib. 2021-ci ildə isə bu göstərici son 28 ilin ən yüksək səviyyəsinə çatıb. 

Tədqiqat müəlliflərinin sözlərinə görə, ABŞ-da hər gün 100-dən çox insan odlu silahdan istifadə nəticəsində ölür. 2021-ci ildə silahdan açılan atəş nəticəsində ABŞ-da 48,953 nəfər ölüb ki, bu da 1981-ci ildən bəri ən yüksək rəqəmdir.