İtaliyalı velosipedçi Davide Rebellin yük maşını ilə toqquşaraq dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Cyclingnews məlumat yayıb. 

Mənbənin sözlərinə görə, insident Viçensa yaxınlığında məşq zamanı baş verib. Yük maşını sürücüsü qaçıb. Polis araşdırmalara başlayıb və sürücünün şəxsiyyətini müəyyənləşdirməyə başlanılıb.

51 yaşlı Rebellinin karyerası 30 ili əhatə edib. O, öz nəslinin ən güclü klassik velosipedçilərindən biri hesab olunur. 2009-cu ilin aprelində o, Pekin Olimpiadasında dopinq qəbul etdiyinə görə iki il müddətinə diskvalifikasiya olunub  .