Ukraynanın İnfrastruktur Nazirliyinin rəhbəri Aleksandr Kubrakov istefa ərizəsi yazıb.

"Unikal" xəbər verir ki, bu barədə Telegram kanalında Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib .

“Ukrayna Ali Radası Kubrakov Oleksandr Mykolayovych-dən Ukraynanın infrastruktur naziri vəzifəsindən azad edilməsi ilə bağlı ərizə alıb”, - deyə məlumatda bildirilir.

Nazirin özü bu məlumatın təsdiqini hələ dərc etməyib.