Meksikalı boksçu Canelo Alvarez  Lionel Messidən üzr istəyib. 

"Unikal" xəbər verir ki, Meksikalı boksçu Canelo Alvarez soyunub-geyinmə otağında yerə atılan Meksika forması haqda bunları deyib: "Messinin bizim forma və bayrağımızla döşəməni təmizlədiyini gördünüzmü? Onu tapmamağım üçün Allaha dua etsə yaxşı olar. Argentinaya hörmət etdiyim kimi, o da Meksikaya hörmət etməlidir" -deyə boksçu bildirib. 

Bu sözlərdən sonra Canelo Alvarez, "Son bir neçə gündə ölkəmə olan ehtiras və sevgidən əsassız şərhlər etdim. Bunun üçün Messi və Argentina xalqından üzr istəmək istəyirəm" -deyə Canelo Alvarez üzrünü bildirib.