Noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.

 

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

xxx

21:30

Gəncədə tələbələr arasında kütləvi dava olub.

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib.

Hadisə zamanı xəsarət alan olmayıb.