Rusiya prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko dekabrda görüşmək barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Kreml liderlərin dekabrın 2-də baş tutan telefon danışığından sonra açıqlayıb. 

"Prezidentlər həmçinin gələcək təmasların qrafikini müəyyənləşdiriblər, birlik quruculuğunun həyata keçirilməsinin praktiki məsələlərini və iqtisadi məsələləri müzakirə etmək üçün dekabrda görüş keçirməyə razılaşıblar", - məlumatda deyilir. 

Rusiya və Belarus liderləri sonuncu dəfə noyabrın 22-də İrəvanda KTMT sammitində şəxsən görüşüblər. 

Ağarza Elçinoğlu