Oskar mükafatlı rejissor Anq Li yeni bioqrafik filmində Brüs Lini canlandıracaq aktyoru seçib.

"Unikal" xəbər verir  ki, “Life of Pi” və “Brokeback Mountain” filmlərindən sonra məşhur döyüş ustası Brüs Linin həyatından bəhs edən biofilm çəkməyə hazırlaşan Anq Li oğlu Meyson Lini baş rol üçün seçib.

Brüs Li rolunu canlandırmaq üçün 3 ildir Asiyada təhsil alan 32 yaşlı Meyson Li 2015-ci ildən müxtəlif film və serial layihələrində rol alır.