Sentyabrın 12-13-dən sonra sərhəddə həmişə atışma olur.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə jurnalistlərə müsahibəsində sərhəddəki vəziyyətlə bağlı sualları cavablandırarkən deyib.

“Hazırda başqa şərhim yoxdur. Müdafiə Nazirliyi hər gün rəsmi açıqlamalar verir”, – deyə Papikyan bildirib.

Müharibə təhlükəsinin olub-olmaması ilə bağlı suala isə Papikyan belə cavab verib: “Hər zaman müharibə təhlükəsi var”.

Hindistandan silah alınmasına gəlincə, Müdafiə Nazirliyinin rəhbəri məxfi məlumatlara münasibət bildirməyəcəyini bildirib.