"ABŞ nöqteyi-nəzərindən Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə danışıqlara hazır deyil".

"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı deyib. 

Kirbi qeyd edib ki, prezident Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə dialoqa potensial hazır olması barədə sözləri Amerika liderinin Ukrayna məsələsində mövqeyində dəyişiklik demək deyil.

“Prezident dünən açıqladı ki, hazırda Putinlə danışmaq niyyətində deyil. O, həmçinin deyib ki, Putin heç bir dialoqa qətiyyən maraq göstərmir”.

Daha əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Amerika lideri Co Baydenin daha əvvəl qeyd etdiyi Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlar, nə qədər ki, Amerika tərəfi rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasında israrlı olsa, mümkün deyil.