Misli Premyer Liqasında XVI tura start verilib.

"Unikal"ın məlumatına görə, turun ilk günündə bir oyun baş tutub. Ölkənin iki ən titullu klubu Azərbaycan derbisində üz-üzə gəlib. “Neftçi” “Qarabağ”ı “Bakcell Arena”da qəbul edib.

Meydan sahibləri məğlubiyyətsiz irəliləyən ağdamlıların 35 matçlıq seriyasını qıra bilməyib. Ardıcıl 2 heç-heçə edən Qurban Qurbanovun yetirmələri əzəli rəqibini darmadağın edib – 4:0. Ramil Şeydayev qol vurmaqla çempionatın vahid bombardirinə çevrilib.

Qeyd edək ki, tura dekabrın 4-də yekun vurulacaq.