Ötən gündən etibarən İsmayıllıda havanın qeyri-sabit keçməsi nəticəsində gecə saatlarında qar yağmağa başlayıb.

"Unikal"ın məlumatına görə,  İsmayıllı şəhəri ağ örpəyə bürünüb. 

Qar torpağın nəmliyini artırır, zərərvericiləri öldürür, taxılın, bitkilərin üzərini örtərək onları şaxtadan qoruyur. Qarın yağması su ehtiyatlarının artımına da müsbət təsir göstərir.

Hazırda rayon ərazisində qarın yağması davam edir. 

Fotolar: Ayxan Malikov