Abxaziyada uçuşa qadağan zonalar tətbiq edilib.

"Unikal" xəbər verir ki, Nazirlər Kabineti hərbi və terror təhlükələrindən qorunmaq üçün müvafiq qərar qəbul edib.

“İnzibati binalar kompleksləri, diplomatik və konsulluq müəssisələrinin binaları, dövlət orqanlarının və obyektlərinin yerləşdiyi yerlər üzərində müvəqqəti olaraq məhdudlaşdırılmış hava məkanı zonaları yaradılsın”, - sənəddə deyilir.

Hərbi və müdafiə obyektlərinin üzərindəki hava məkanı, Abxaziya dövlət teleradio şirkətinin binası və Abxazsvyaz qülləsi də qadağa zonası elan edilib.

Abxaziya hökumətinin mətbuat xidməti əlavə edib ki, uçuşlar, o cümlədən pilotsuz uçuş aparatları qadağandır.