"Serbiya və Bolqarıstanı birləşdirəcək yeni qaz kəməri Azərbaycandan qaz almağa imkan verəcək".

"Unikal" xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

Vuçiçin sözlərinə görə, Serbiya və Bolqarıstan arasındakı sistemlərarası qaz kəməri sayəsində Serbiya Qərbi Balkanların digər ölkələri üçün qaz tranziti ölkəsinə çevriləcək.

“Bildiyiniz kimi, biz il yarım əvvəl 402 km-lik mərkəzi qaz kəmərimizi tikmişik, lakin əlavə qaz həcmlərinə ehtiyacımız var, ona görə də Bolqarıstanla birləşdirici konnektor digər mənbələrdən qaz almaq üçün vacibdir.

Avropanın böyük hissəsindən fərqli olaraq, Serbiya sənayeləşməni yox, yenidən sənayeləşdirir, ona görə də bizə daha çox qaz lazım olacaq. Bu qaz kəməri vasitəsilə Serbiya ildə 1,8 milyard kubmetr qaz ala bilər və o, ikitərəflidir... Beləliklə, qaz kəmərinin özümüzə aid hissəsi vasitəsilə biz Qərbi Balkanlarda yerləşən digər ölkələri də təmin edə biləcəyik.

Serbiya prezidenti hazırda Bolqarıstanda rəsmi səfərdədir və çərşənbə günü Bolqarıstan ərazisində Serbiya ilə Bolqarıstan arasında qaz kəmərinin tikintisinə başlanılan paytaxt Sofiya yaxınlığındakı Kostinbrodda tikinti sahəsinə baş çəkib.

Xatırladaq ki, bu gün Bolqarıstan və Serbiya arasında qaz kəmərinin tikintisinə başlanılması mərasimi keçirilib. Serbiyanın baş naziri Ana Brnabiçin mərasimdə dediyi kimi, bu, ölkəyə “Yunanıstandan, Azərbaycandan və istənilən digər mənbələrdən maye qazı qəbul etməyə” imkan verəcək.

Bolqarıstan və Serbiya arasında qaz kəmərinin tikintisinin 2023-cü ilin oktyabrında başa çatdırılması gözlənilir. Layihənin ümumi dəyəri 85,5 milyon avro təşkil edir ki, bunun da 25 milyon avrosu Avropa İnvestisiya Bankının krediti, 49,6 milyon avrosu Aİ fondlarından geri qaytarılmayan yardım, 10,3 milyon avrosu Serbiya büdcəsindən ayrılıb və 600 min avrodur.  İnterkonnektorun gücü ildə 1,8 milyard kubmetr qaz təşkil edəcək.

Gültəkin Ələsgər